Xəbər axtarın

Son axtarış nəticələri:

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi

18.11.2025 21:03

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Primeinfo.az xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində 31 yaşlı Abbasov Elnur Mehdi oğlu idarə etdiyi motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib və “Vaz-2107” markalı minik avtomobilinə çırpılıb.

E.Abbasov özünü xilas etmək məqsədi ilə asfalt örtüyünə tullanıb, bu zaman H.Osmanovun idatə etdiyi “Ford Transit” markalı avtomobilin altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: