Xəbər axtarın

Son axtarış nəticələri:

Rumıniya bu ölkədən 18 ədəd F-16 döyüş təyyarəsi alır - FOTO

03.11.2025 23:48

Rumıniya Müdafiə Nazirliyi Niderland hökuməti ilə 18 ədəd F-16 Fighting Falcon döyüş təyyarəsinin lazımi avadanlıqla birlikdə alınmasına dair müqavilə imzalayıb.

Primeinfo.az-ın məlumatına görə, bu barədə Rumıniyanın müdafiə naziri İonuş Musteanu sosial şəbəkədəki səhifəsində məlumat verib.

O bildirib ki, bu təyyarələr yalnız Feteştidəki Avropa F-16 Təlim Mərkəzində istifadə olunacaq.

Onun sözlərinə görə, alış 1 avroluq simvolik qiymətə həyata keçirilib. Nazir həmçinin qeyd edib ki, F-16-ların alınması F-35 təyyarələrinin Rumıniya Hərbi Hava Qüvvələrinin donanmasına inteqrasiyasını sürətləndirir.

Mətbuat yazır ki, Rumıniya ukraynalı pilotların Qərb istehsalı olan F-16 təyyarələrində Feteşti aviabazasında təlim xərclərini dövlət büdcəsindən qarşılayacaq. Təlimin maliyyələşdirilməsi ölkənin Milli Müdafiə Nazirliyi vasitəsilə təmin ediləcək.

Paylaş: