Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya Donetsk, Xarkov və Dnepropetrovskdə yeni məntəqələr ələ keçirib

17.11.2025 14:02

 

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk, Xarkov və Dnepropetrovsk vilayətlərində yeni yaşayış məntəqələri ələ keçirib.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu Donetsk vilayətinin Platonovka, Xarkov vilayətinin Dvureçanskoe və Dnepropetrovsk vilayətini Qay yaşayış məntəqələrini nəzarətə götürüb.

Rusiya MN Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi yanacaq-enerji obyektlərinə və dəmir yolu infrastrukturuna zərbələr endirdiyini də açıqlayıb.

Paylaş: