Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya ordusu Uspenovka kəndini işğal etdi

07.11.2025 15:21


Rusiya ordusu Ukraynanın Zaporojye bölgəsindəki Uspenovka kəndini nəzarətə götürüb.

Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kənd “Şərq” qüvvələr qrupunun bölmələri tərəfindən nəzarətə alınıb.

Rusiyanın müdafiə naziri Andrey Belousov Zaporojye bölgəsindəki Uspenovka kəndinin işğalı münasibətilə 218-ci Qvardiya Tank Alayının komandanlığını və şəxsi heyətini təbrik edib.

Qeyd edək ki, bu gün gecə saatlarında Ukrayna ordusu Krımdakı Qvardeyskaya neft bazasına zərbə endirib.

Ukrayna ordusunun Xüsusi Əməliyyatlar Qüvvələrinin məlumatına görə, PUA ilə yanacaqla dolu RVS-400 çəni vurulub. Bundan əlavə, həmin ərazidə park edilmiş sistern vaqonları olan iki qatar məhv edilib.

Gecə hücumları nəticəsində Simferopol və ətraf ərazilərdəki neft bazaları və yanacaq-sürtkü materilları anbarlarına da zərbə endirilib.

Paylaş: