Xəbər axtarın

Son axtarış nəticələri:

Si Cinpin bu tarixdə ABŞ-a dövlət səfəri edəcək

24.11.2025 23:39

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığının təfərrüatlarını açıqlayıb.

Primeinfo.az-ın məlumatına görə, bu barədə o, “Truth Social” hesabında yazıb.

“Mənim indicə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə çox yaxşı telefon danışığım olub. Biz geniş mövzuları, o cümlədən Rusiya-Ukrayna müharibəsini, fentanil, soya və digər kənd təsərrüfatı məhsulları və daha çox şeyləri müzakirə etdik. Böyük fermerlərimiz üçün yaxşı və çox vacib bir müqavilə bağladıq və bu, daha da yaxşı olacaq. Çinlə münasibətlərimiz müstəsna dərəcədə güclüdür!”, – paylaşımda deyilir.

Tramp əlavə edib ki, Si Cinpin 2026-cı ildə ABŞ-yə dövlət səfəri edəcək

Paylaş: