Xəbər axtarın

Son axtarış nəticələri:

"Sovetski"də 50-dən artıq binaya tarixi abidə statusu veriləcək

06.11.2025 12:50


“Sovetski”də 70-dən artıq tarixi bina mövcuddur. Buradakı 50-dən çox binaya tarixi abidə statusunun verilməsi nəzərdə tutulur”.

Primeinfo.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son illər ərzində Bakı şəhəri ərazisində insanyönümlü şəhərin yaradılması, müasirləşdirilməsi istiqamətində işlər görülür.

“Son bir neçə ay ərzində keçmiş “Sovetski” ərazisində regenerasiya layihəsi icra olunur. Bu işlərin icrası zamanı əsas məsələ mədəni irsin qorunmasıdır. Bu hissə şəhərsalma baxımından çox böyük və əhəmiyyətli ərazidir. Burada heç bir halda mədəni irs nümunəsinin, tarixi abidənin sökülməsinə yol verilmir”, – idarə rəisi bildirib.

O həmçinin qeyd edib  ki, sözügedən ərazilərdə heç bir tarixi əhəmiyyət daşımayan bir çox binanın qəzalı və baxımsız vəziyyətdə olduğu müşahidə edilib və bu halda onların saxlanılması məqsədəuyğun sayılmır.

Paylaş: