Xəbər axtarın

Son axtarış nəticələri:

“Thodex”in təsisçisi  həbsxanada ölü tapıldı

01.11.2025 19:00

Türkiyədə “Thodex” adlı kriptovalyuta birjasını yaradıb minlərlə sərmayəçini aldatmaqda ittiham olunan Faruk Fatih Özer həbsxanadakı kamerasında ölü halda aşkarlanıb.

Primeinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Ətraflı

Məlumata görə, o bu gün səhər saatlarında birnəfərlik kamerasındakı hamamda ölü vəziyyətdə tapılıb.

Xatırladaq ki, F. Özer uzun müddət hüquq-mühafizə orqanlarından gizləndikdən sonra 2022-ci il avqustun 30-da Albaniyada saxlanılaraq Türkiyəyə ekstradisiya edilmişdi. O, “cinayətkar təşkilat qurmaq və idarə etmək”, “külli miqdarda dələduzluq” və “çirkli pulların yuyulması” maddələri ilə ittiham olunaraq 11 min 190 il 6 ay həbs cəzasına məhkum edilmişdi.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Paylaş: