
25 noyabr – Kəlbəcər Şəhəri Günü münasibəti ilə teatr tamaşası nümayiş olunub.
Primeinfo.az xəbər verir ki, Gəncə Dövlət Milli Dram Teatrı Abdulla Şaiqin “Tıq-tıq xanım” nağıl-tamaşasını təqdim edib.
Tamaşasının quruluşçu rejisoru Şahmar Məmmədov, quruluşçu rəssamı Vahab Cəfərov, rejissor köməkçisi Dursun Cəlilova, musiqi tərtibatı isə Ziyad Abbasovanındır.
Rolları Elmir Məmmədov, Elnur Abbasov, Mətləb Təhmazi, Elmil Salmanov, Fərid Vəliyev, Zeynəb Hüseynova və başqaları canlandırıblar.
Tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyidir.


