Xəbər axtarın

Son axtarış nəticələri:

Tom Kruz 45 illik karyerasında ilk “Oskar” mükafatını qazandı - VİDEO

17.11.2025 17:39

Hollivud ulduzu Tom Kruz 45 illik karyerası ərzində ilk “Oskar”ını qazanıb.

Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, mükafat “16-cı Governors Mükafatları” mərasimində 63 yaşlı aktyora təqdim olunub.

Qeyd edək ki, uzun kino karyerası ərzində Kruz dörd dəfə – “Doğum günü 4 iyul”, “Cerri Maquayr” və “Maqnoliya” filmlərindəki rollarına, eləcə də “Top Gun: Maverick” filminin prodüserliyinə görə namizəd göstərilsə də, heç vaxt “Oskar”da qalib gəlməyib.

Kruz “Missiya: Mümkünsüz – Son ölüm” filmindəki tryukuna görə “Ginnesin Rekordlar Kitabı”na da düşüb.

 

 

 

Bu gönderiyi Instagram’da gör

 

Axşam.az (@axsamaz)’in paylaştığı bir gönderi

Paylaş: