
Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo arasında baş tutan görüş sosial şəbəkələrdə böyük maraq doğurub.
Primeinfo.az xəbər verir ki, Ağ Evin rəsmi hesablarında yayımlanan görüntülərdə Ronaldo nişanlısı Corcina ilə dəhlizdə Trampla söhbət edərkən əks olunub. Paylaşımlarda “Two GOATS” və “CR7 x 45/47” kimi qeydlər yer alıb.
Ronaldo sosial media hesabında Trampa dəvət və səmimi qəbul üçün təşəkkür edərək, yeni nəsilləri cəsarət və sülh istiqamətində ruhlandırmağa hazır olduğunu bildirib.
Görüş zamanı Tramp ulduz futbolçuya Ağ Evin simvolik açarını təqdim edib.
Xatırladaq ki, ABŞ Prezidenti bu hədiyyəni daha əvvəl Azərbaycan lideri İlham Əliyevə də vermişdi.
Görüş həm Ronaldonun, həm də Trampın tərəfdarları arasında geniş müzakirə olunub və sosial şəbəkələrdə sürətlə yayılıb.


