
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla 30 ildən artıq davam edən münaqişənin həlli istiqamətində göstərdiyi səylərini yüksək qiymətləndirib.
Primeinfo.az xəbər verir ki, bu barədə Stiv Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışında bildirib.
Onun sözlərinə görə, avqust ayında Donald Tramp Oval kabinetdə İlham Əliyevdən “üstün orduya malik olmasına baxmayaraq, niyə hücumu davam etdirmədiyini” birbaşa soruşub.
Prezident İlham Əliyev isə cavabında deyib: “Mən yalnız bizdən alınanı geri qaytarmaq istəyirdim. Daha artığına ehtiyacım yoxdur”.
Stiv Uitkoff hesab edir ki, bu, həqiqi dövlət liderinin nümayiş etdirdiyi heyrətamiz bir qərardır.