Xəbər axtarın

Son axtarış nəticələri:

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri Naxçıvana gediblər - FOTO

25.11.2025 14:08

 

 

Azərbaycanda səfərdə olan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının üzvləri Naxçıvana gediblər.

Primeinfo.az xəbər verir ki, dünən Azərbaycanın təşəbbüsü ilə paytaxt Bakıda keçirilən TDT ölkələri qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu bu gün öz işini Naxçıvan şəhərində davam etdirir.

Forum çərçivəsində rəsmi çıxışların olacağı gözlənilir.

Həmçinin TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis ediləcək və “WUF13-ə doğru – Türk dünyasında ilk” mövzusunda panel müzakirə keçiriləcək.

TDT-yə üzv ölkələrin ictimai təşkilatlarını birləşdirən QHT Platformasına Azərbaycan rəhbərlik edəcək.

Paylaş: