Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə MN: "Qəzaya uğrayan təyyarə ilə bağlı araşdırma davam edir"

14.11.2025 18:37

“Gürcüstanda qəzaya uğrayan C-130 hərbi-nəqliyyat təyyarəsi ilə bağlı araşdırmalar davam edir”.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.“Qəza araşdırma qrupumuz Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəmizin qalıqları üzərində tədqiqatları davam etdirir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, noyabrın 11-i Azərbaycandan Türkiyəyə istiqamətlənən, Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

Paylaş: