Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə dəhşətli yanğın: 6 ölü, 1 yaralı - VİDEO

08.11.2025 14:00

Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda yerləşən ətir anbarında güclü yanğın baş verib.

Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, Mimar Sinan küçəsində baş verən yanğın nəticəsində altı nəfər ölüb, bir nəfər yaralanıb.

Səbəbi məlum olmayan yanğın tez zamanda güclənib. Bir müddət sonra yanğın nəzarət altına alınıb.

Kocaeli valisi İlhami Aktaş yanğının tamamilə söndürüldüyünü bildirib və həyatını itirənlərə rəhmət diləyərək, ailələrinə başsağlığı verib.

Paylaş: