
Türkiyənin Balıkesir vilayətində 4,9 maqnitudalı zəlzələ baş verib.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 11 kilometr dərinlikdə olub.
Qeyd edək ki, bir müddət öncə Balıkesir vilayətində 5 və 4,9 maqnitudalı zəlzələlər olub və bu günə qədər ərazidə yüzlərlə afterşok qeydə alınıb.