Xəbər axtarın

Son axtarış nəticələri:

VI İslam Həmrəyliyi Oyunlarında uğur qazanmış idmançılar mükafatlandırıldı – SƏRƏNCAM

26.11.2025 15:48

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları, onların məşqçiləri və yarışlara hazırlıq prosesində iştirak edən mütəxəssislər mükafatlandırılacaq.

Primeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, idmançıların və mütəxəssislərin mükafatlandırılması üçün 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 900 000 manat vəsait ayrılır.

Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin ödənilməsinə dair qaydanı 10 gün müddətində hazırlayıb təsdiq etməli, ayrılmış vəsaitin nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etməlidir.

 

Paylaş: