
“Ziya Məmmədovun oğlu Anar Məmmədov dövlət vəsaitini mənimsəyib. Diaspor fəaliyyəti adı altında 100 milyonlarla pul ABŞ-da, Britaniyada hibə edilib. Anar Məmmədov Azərbaycana külli miqdarda ziyan vurub”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.
Onun sözlərinə görə, Anar Məmmədov “diaspor şəbəkəsi” yaradaraq, xarici ölkələrdə özünü təriflədən tədbirlər keçirib və dövlət vəsaitinə sahiblənib. Onun Böyük Britaniyada milyonlarla dollar dəyərində olan biznesi üzə çıxıb.
“Bu niyə baş verir? Əsas səbəb odur ki, biz vəzifədə olarkən bu adamların mənimsəməsini, vəzifədən gedərkən isə həbsini görürük. Amma onlar vəzifədə olarkən “xalq malını mənimsəmək” sistemi yaradılmamalıdır. Bu sistem götürülməlidir”.