Xəbər axtarın

Son axtarış nəticələri:

35 yaşlı kişi iki rayonu işıqsız qoydu

01.12.2025 21:38

Quba və Qusar rayonlarının yarısı işıqsız qalıb. Bunun səbəbi 35 yaşlı kişinin 35 kilovoltluq elektrik dirəyinə çıxması olub.

Primeinfo.az Bizim.media-ya istinadən xəbər verir ki, hadisə nəticəsində Qubadan Qusara enerji verən “Quba-1” xəttində enerji təminatı dayandırılıb.

Polis və digər aidiyyəti qurumlar şəxslə danışıq apararaq onu yerə düşürməyə çalışırlar.

35 yaşlı kişinin elektrik dirəyinə çıxma səbəbi hələlik məlum deyil.

Paylaş: