
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Primeinfo.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Zati-alinizin müdrik liderliyi və uzaqgörənliyi Azərbaycan Respublikasının sabitliyinə, inkişafına və firavanlığına, eləcə də onun beynəlxalq mövqeyinin güclənməsinə, regional və qlobal məsələlərdə konstruktiv iştirakının artmasına mühüm töhfə vermişdir.
Bu əlamətdar gün münasibətilə Zati-alinizə möhkəm cansağlığı, məsuliyyətli missiyanızda davamlı uğurlar, eləcə də qardaş Azərbaycan xalqına daha da çox tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.