Xəbər axtarın

Son axtarış nəticələri:

Avtomobil dirəyə çırpıldı, 2 nəfər yaralandı

15.12.2025 19:10

Qax rayonunda avtomobil qəzası baş verib.

Primeinfo.az-ın məlumatına görə, hadisə rayonun Qıpçaq kəndi ərazisində baş verib.

Belə ki, “Opel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən cıxaraq yol kənarındakı dirəyə çırpılıb. Nəticədə minik avtomobilində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: