
Bu gün Bakı Apelyasiya Məhkəməsində AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Səbail rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılıb.
Primeinfo.az-ın məlumatına görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Apellyasiya şikayəti təmin edilməyib, həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qüvvədə saxlanılıb.
Beləliklə, AXCP sədri həbsdə qalıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsi 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Ə.Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.