Xəbər axtarın

Son axtarış nəticələri:

Azər İsmayıl: "Belqrad-Bakı birbaşa uçuşları bu tarixdən başlayır" - VİDEO

19.12.2025 12:00


Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” 2026-cı ilin may ayının 3-dən Belqrad və Bakı arasında birbaşa uçuşlara başlayacaq.

Primeinfo.az bu barədə səyahət və aviasiya blogeri Azər İsmayıla istinadən xəbər verir.

Onun sözlərinə görə, uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.

Bir tərəfə aviabiletin qiyməti 130 avrodan başlayır. Baza tarifinə əl yükü daxildir.

“Serbiyaya giriş Azərbaycan vətəndaşları üçün vizasızdır. Eyni zamanda, Belqrad çox yaxşı tranzit şəhəridir. Belqrada birbaşa uçuşla həm Serbiyanı, həm də qonşu ölkələr olan Monteneqro, Bosniya və Herseqovina və Albaniyanı da gəzə bilərsiniz. Çünki bu ölkələrə də Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq olunur”, – Azər İsmayıl bildirib.

 

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Azar Ismayil (@azikiss.me)

Paylaş: