Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan Basketbol Liqasında VIII tura yekun vuruldu

05.12.2025 20:15

Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub.

Primeinfo.az xəbər verir ki, günün son oyununda “Sabah” “Şəki”nin qonağı olub.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib – 115:83.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran “Sabah” A qrupunda liderliyini davam etdirir. “Şəki” 9 xalla beşinci sıradadır.

Günün ilk oyununda “Quba” “Sumqayıt”dan üstün olub – 107:90.

Qeyd edək ki, VIII turda daha əvvəl “Ordu” “Sərhədçi”ni (100:64), “Gəncə” “Neftçi”ni (80:73), “Abşeron Lions” NTD-ni (102:87), “Naxçıvan” “Lənkəran”ı (82:75) məğlub edib.

 

Paylaş: