Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan idmançısı 2 illik diskvalifikasiya olunub

29.12.2025 15:58

Azərbaycanın qol güləşçisi Təbriz Səfərov 2 illik diskvalifikasiya olunub.

Primeinfo.az  xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) qərar qəbul edib.

O, antidopinq qaydalarını pozduğu üçün bu halla üzləşib. T.Səfərov nümunəsində qadağan olunmuş maddənin (ephedrine) mövcudluğu və istifadəsinə görə 24 aylıq cəza alıb.

Sentyabrın 9-da qüvvəyə minən cəza 2027-ci ildə başa çatacaq

Paylaş: