Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan-İran əlaqələri müzakirə olunub - FOTO

03.12.2025 09:45

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə, nazirliyin Protokol idarəsinin baş direktoru Əli Əkbər Nəzəri və Avrasiya idarəsinin baş direktoru Mənuçehr Muradi ilə görüşüb.

Səfirlikdən Primeinfo.az-a verilən məlumata görə, ölkəmizin Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabov onlara təqdim edilib.

Görüşdə, həmçinin ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, Taleh Zöhrabov konsul patentini Əli Əkbər Nəzəriyə təqdim edib.

Paylaş: