Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycandan Tailanda ixrac olunan neftin həcmi açıqlanıb

29.12.2025 20:05

Bu ilin yanvar–noyabr aylarında Azərbaycandan Tailanda 75,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 137,8 min ton xam neft və neft məhsulları ixrac olunub.

Primeinfo.az Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 158,3 milyon ABŞ dolları və ya 67,6 faiz, həcm baxımından isə 239,1 min ton və ya 63,4 faiz azalıb.

Ötən ilin ilk 11 ayında Azərbaycandan Tailanda 376,9 min ton neft və neft məhsulları ixrac edilib, ixracın dəyəri isə 234,2 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.

Paylaş: