Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda "Ayaks"ı 1000-dən çox azarkeş dəstəkləyəcək

05.12.2025 15:22

Niderlandın “Ayaks” komandasını Bakıda “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda dəstəkləyəcək azarkeşlərin sayı bəlli olub.

Primeinfo.az xəbər verir ki, bu barədə Modern.az-a “köhlən atlar”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Amsterdam təmsilçisi qarşılaşma üçün 1450 bilet istəyib.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Paylaş: