Xəbər axtarın

Son axtarış nəticələri:

“Bala neçə aylıqdır?” – Prezident – VİDEO

23.12.2025 21:48


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

Primeinfo.az-ın məlumatına görə, dövlət başçısı səfər çərçivəsində qəsəbə sakini Yadigar Əsədovanın evində olub.
Sakin: Xoş gəlmisən!
Prezident İlham Əliyev: Siz də doğma vətənə xoş gəlmişsiniz!
Qadın sakin: Allah səni saxlasın. Millətimizi öz vətəninə gətirdin, çox sağ ol.
Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?
Sakin: Gəncədə yataqxanada.
Prezident İlham Əliyev: Bala neçə aylıqdır?
Sakinlər: 13 günlükdür.
Prezident İlham Əliyev: 13 günlük? (gülür) Maşallah! Gəncədə doğulub?
Sakinlər: Bəli.
Prezident İlham Əliyev: Təbrik edirəm bir daha.

Paylaş: