Xəbər axtarın

Son axtarış nəticələri:

Balakəndə ağır qəza - Ölən və yaralananlar var

15.12.2025 19:56

Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Primeinfo.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Talalar kəndi ərazisində olub.

Belə ki, “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Paylaş: