![]()
Biləsuvarda 11:10 radələrində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (3-ü qadın, 2-si kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Primeinfo.az xəbər verir ki, bu barədə Biləsuvar Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
19:40
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Primeinfo.az xəbər verir ki, hadisə Biləsuvar–Bəhrəmtəpə magistralının rayondan keçən hissəsində qeydə alınıb.
Belə ki, “KamAZ” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
Qəzada minik avtomobilində olan şəxslər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
![]()