Xəbər axtarın

Son axtarış nəticələri:

Biləsuvarda qadın işlədiyi gözəllik salonunda ölüb

27.12.2025 18:15


Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.

Primeinfo.az-ın verdiyi xəbərə görə, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda baş verib. Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova işlədiyi gözəllik salonunda ölüb.

İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: