Xəbər axtarın

Son axtarış nəticələri:

Bu yollarda sürət həddi endirildi

09.12.2025 22:33


Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Primeinfo.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

“Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – məlumatda qeyd olunub.

Paylaş: