Xəbər axtarın

Son axtarış nəticələri:

Buzovnada yol qəzası: ölən və xəsarət alanlar var - VİDEO

02.12.2025 10:41


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Primeinfo.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobilinin “KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1991-ci il təvəllüdlü Bağırzadə Məhərrəm Dilafət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə nəticəsində minik avtomobilinin sərnişini, 1963-cü il təvəllüdlü Məmmədova Gəvahir İsmayıl qızı vəfat edib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına görə, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə olunub.

Hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi və qadın) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Paylaş: