
“Dövləti və milləti təhdid edən bütün risklər təhlükəsizlik qurumlarının əsas hədəfi və fəaliyyət prioriteti olmalıdır” .
Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Əli Mustafa Prime TV-nin “Milli fikir” verilişində bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik ölkə üçün ən vacib məsələlərdən biridir. Bu sahədə fəaliyyət göstərən müxtəlif qurumlar olsa da, təhlükəsizlik siyasətini formalaşdıran, konsepsiya və strategiyanı müəyyən edən əsas mərkəz mövcuddur.
Həmin mərkəz təhlükəsizlik sisteminin “beyni” kimi çıxış edir və aidiyyəti qurumlar bu strategiyanı icra edirlər.
Əli Mustafa qeyd edib ki, təhlükəsizliklə bağlı bütün dövlət qurumları məsuliyyət daşıyır və bu sahədə vahid yanaşma olmalıdır:
“Bu baxımdan Təhlükəsizlik Şurası konseptual mərkəz kimi bütün sahələr üzrə təhlükəsizliyin təmin edilməsinə dair əsas istiqamətləri müəyyənləşdirir” .
Siyasi şərhçi mövcud çağırışları nəzərə alaraq, ölkənin təhlükəsizlik konseptinin yenilənməsinin vacibliyini vurğulayıb.
Daha ətraflı “Milli fikir”də: