
“Tramp Marşrutu” (TRIPP) adlanan təşəbbüsün icrasının praktiki mərhələsi, o cümlədən tikinti işlərinə başlanması 2026-cı ilə planlaşdırılır.
Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Ermənistan–ABŞ birgə müəssisəsi olan “TRIPP Company” Ermənistanda qeydiyyatdan keçiriləcək və dəmir və avtomobil yolları, neft-qaz boru kəmərləri, eləcə də optik lifli rabitə xətləri daxil olmaqla zəruri infrastrukturun inkişafı hüququna malik olacaq.