Xəbər axtarın

Son axtarış nəticələri:

Gəncədə ağır yol qəzası – “QAZel” ağaca çırpıldı, yaralılar var

10.12.2025 16:37

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Primeinfo.az xəbər verir ki, şəhər ərazisində “QAZel” markalı yük maşını yol kənarında dayanan “Mersedec” markalı minik avtomobilinə arxadan çırpılıb. Zərbənin təsirindən “QAZel” idarəetmədən çıxaraq yol kənarındakı ağaca dəyib. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü M.Məsimov və 1982-ci il təvəllüdlü V.Əliyev xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş: