Xəbər axtarın

Son axtarış nəticələri:

Gürcüstan DTX-nın keçmiş rəisi həbs olunub

23.12.2025 13:31


Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili həbs olunub.

Primeinfo.az bu barədə Gürcüstan mediasına istinadən xəbər verir.

Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze brifinqdə bildirib ki, Liluaşvili külli miqdarda rüşvət almaqda, “çağrı mərkəzləri”nə himayədarlıqdan əldə olunan vəsaitlərin müxalifətin maliyyələşdirilməsi üçün sərf olunmasında ittiham edilir.

Baş prokurorun sözlərinə görə, Liluaşvili dindirilmək üçün prokurorluğa gəlib və istintaq hərəkətləri hazırda davam etdirilir. Törədilmiş cinayət əməllərinə görə 11 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Liluaşvili DTX rəisi vəzifəsini 2019-cu ilin oktyabrından bu ilin aprelinədək tutub.

 

Paylaş: