Xəbər axtarın

Son axtarış nəticələri:

Honkonqda yanğında ölənlərin sayı 150 nəfərə çatıb

01.12.2025 14:48

Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 150 nəfərə çatıb.

Primeinfo.az xəbər verir ki, yanğın nəticəsində dağılmış binaları yoxlayan xilasedicilər bu gün daha beş nəfərin meyitini aşkar ediblər.

Yaşayış kompleksinin səkkiz blokunda 2024-cü ilin iyul ayından bəri təmir işləri aparılır. Hakimiyyət orqanları bildirir ki, təmir işlərində istifadə olunan tezalışan material yanğının sürətlə yayılmasına səbəb olub.

Hadisə ilə əlaqədar 11 nəfər saxlanılıb.

Xatırladaq ki, noyabrın 26-da günortadan sonra dünyanın ən sıx məskunlaşılan və ən çox hündür binaların olduğu şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilib.

 

Paylaş: