Xəbər axtarın

Son axtarış nəticələri:

Məşhur türk aktyorları Bakıda qala-gecədə - FOTO

10.12.2025 22:00

 

“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” kinoteatrında türk kinosunun pərəstişkarları, media nümayəndələri və çoxsaylı qonaqların iştirakı ilə Türkiyənin “Bugün güzel” filminin gala-gecəsi baş tutub.

Primeinfo.az xəbər verir ki, tədbir Baku Cinema Breeze nümayişləri çərçivəsində, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin dəstəyi ilə keçirilib.

Premyerada filmin baş rollarını canlandıran Oğuzhan Koç və Ayça Ayşin Turan iştirak ediblər. Onlar qırmızı xalça üzərində tamaşaçılarla ünsiyyət qurub, jurnalistlərin suallarını cavablandırıb, filmin çəkiliş prosesi və Bakıya səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər.

Ekran əsərin rejissoru Mali Ergindir.

“Bugün güzel” – həyatın acı və şirin həqiqətlərinin sevgi, dostluq və sevinc sayəsində necə aşılacağını göstərən bir hekayədir.

Bu film Əli Candemirin beyin şişi diaqnozu alandan sonra həyatın dəyərini yenidən kəşf etməsini göstərir. Uşaqlıq dostları və tibb bacısı Günəşin dəstəyi ilə o, yenidən ümidini bərpa edir və əmin olur ki, həyat yaxınlarla paylaşanda həqiqətən də məna dolu olur.

 

Paylaş: