Xəbər axtarın

Son axtarış nəticələri:

Nəriman Həsənzadə reanimasiyada dializə qoşulub

02.12.2025 11:53

Xalq şairi Nəriman Həsənzadənin müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam edir.

Primeinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, xəstənin vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.

Şairin köməkçisi Arif Mehmandost APA-ya bildirib ki, Nəriman Həsənzadə reanimasiya şöbəsində dializə qoşulub.

“Reanimasiya şöbəsində dializ olunur. Huşu yerindədir”, – deyə köməkçisi bildirib.

Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

 

 

 

Paylaş: