Xəbər axtarın

Son axtarış nəticələri:

Növbəti iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

29.12.2025 18:31

Dekabrın 30-31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki, Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Balakən, Zaqatala, Qax, Yevlax, Bərdə, Tərtər, Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Ağdaş, Cəbrayıl, Ucar, Zərdab, Ağcabədi, Xocavənd, Ağsu, Şamaxı, Gəncə, Gədəbəy, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Paylaş: