
“Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin hər hansı fəaliyyətini ümumiyyətlə, görmürəm”.
Primeinfo.az xəbər verir ki, bunu tarixçi alim Paşa Həsənli Prime TV-nin efirində yayımlanan “Milli fikir” verilişində deyib.
O hesab edir ki, sözügedən dövlət qurumu lazımi səviyyədə işləmir:
“Kənd Təsərrüfatı Nazirliyi müəyyən torpaq sahələrini hasarlamaqdan, mənimsəməkdən, balıqçıları, ovçuları cərimələməkdən, camaatı şərləməkdən başqa nə iş görüb? Kənd təsərrüfatı sahəsinin hansı növünü Azərbaycanda tətbiq, təşviq edib, onun üçün xüsusi şərait yaradıb?”
P.Həsənlinin sözlərinə görə, Bakı kəndlərində öz torpaq sahəsində əkib-becərən insanlara şərait yaratsalar, onlar nəinki ailələrini, hətta qohum-əqrabalarını da dolandıra bilərlər. Amma Azərbaycanda bu işi apara bilən dövlət orqanı yoxdur.
Ətraflı “Qırmızı masa”da: