Xəbər axtarın

Son axtarış nəticələri:

Peruda güclü zəlzələ: 25 yaralı

29.12.2025 14:44

Peruda baş verən zəlzələdə ən azı 25 nəfər xəsarət alıb.

Primeinfo.az-ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi “X” hesabında açıqlama yayıb.

Qeyd olunur ki, yaralılardan 12-nin müalicəsi xəstəxanada davam etdirilir, digər 13-ü isə ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Bir gün əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) Peruda 6.2 bal gücündə zəlzələ baş verdiyini bildirib. Zəlzələnin episentri 66 km dərinlikdə olub və təxminən 316 000 insanın yaşadığı Çimbote şəhərindən 46 km məsafədə yerləşib.

Paylaş: