
Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində saat 13:00-dan etibarən fasilə yaranıb.
Primeinfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, dekabrın 26-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 18:00-dək Ramana qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələrlə məhdudiyyət yaranacaq.
“Təmir işləri yekunlaşdıqdan sonra yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – deyə məlumatda qeyd olunub.