Xəbər axtarın

Son axtarış nəticələri:

Rizvan Hüseynov: “Rusiyanın dayısı elə Amerikadır” - VİDEO

03.12.2025 17:30

“Adamın Amerika kimi “daydayı” olsun. Rusiyanın dayısı elə Amerikadır”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı masa” verilişində siyasi şərhçi Rizvan Hüseynov bildirib.

Rusiya-Ukrayna müharibəsi ətrafında baş verən son hadisələri şərh edən Rizvan Hüseynovun sözlərinə görə, savaşın davam etməsi bəzi ölkələrə tam sərf edir:

“Məlum məsələdir ki, müharibəni davam etdirmək üçün Ukraynaya pul və silah-sursat dəstəyi olmalıdır. Amerika silahı Avropaya, Avropa da Ukraynaya satır. Çox yaxşı biznesdir. Üçtərəfli korrupsiya sxemidir. Trampın da ikinci məqsədi Avropaya satdığı silah-sursatın qiymətini qaldırmaq idi. Yəqin ki, bu məqsədinə nail olduğu üçün sülh danışıqları dalana dirənib. Elə Rusiya da müharibəni davam etdirməyə çalışır”.

Daha ətraflı “Qırmızı masa”da:

Paylaş: