
Bu gün səhər saatlarında Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Primeinfo.az xəbər verir ki, hərəkətdə olan “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.
Qəza nəticəsində 12 nəfər (Musayeva Aygün Rövşən qızı (1984), Hüseynova Aygül Həsən qızı (1958), Hüseynova Laləzar Göygöz qızı (1965), Məmmədova Afət Eyyub qızı (1962), Məmmədova Natella Müzəffər qızı (1966), Cəfərova Məlahət Cəfər qızı ( 1965), Səlimov Elman Rasim oğlu (1994), Musayeva Nuriyyə Köçəri qızı (1986), Musayeva Bəsti Köçəri qızı (1956), Əhmədova Gülnar Ramiz qızı (1987), Babayeva Mahirə Bayram qızı (1970) və daha bir nəfər) xəsarət alıb.
TƏBİB-dən verilən məlumata görə, qəzada xəsarət alan şəxslərin 11-i qadın, 1-i kişidir. Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub.
10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağırdır.
Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onlar Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə gediblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.