Xəbər axtarın

Son axtarış nəticələri:

Şəhid qızı olan hakim avtoqəzada öldü

22.12.2025 20:42


Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Primeinfo.az xəbər verir ki, hadisə Pirşağı yolu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, A.Rzayevanın idarə etdiyi “Nissan” markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində Aynur Rzayeva ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, o, tibbi müəssisədə vəfat edib.

Avtomobili idarə edən sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir və hazırda cərrahi əməliyyat altındadır.

Faktla bağlı araşdırma aparılır.

Aynur Rzayeva şəhid övladıdır. O bu vəzifəyə 2022-ci ildə Prezident İlham Əliyevin “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” sərəncamı ilə təyinat almışdı.

Paylaş: