Xəbər axtarın

Son axtarış nəticələri:

Sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanıldı

28.12.2025 15:40

Paytaxtın Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Primeinfo.az-ın məlumatına görə, günorta saatlarında naməlum şəxs sərnişin qismində 54 saylı xətt üzrə hərəkət edən avtobusa daxil olaraq sürücünün mobil telefonunu talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı S.Quluzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla həmin şəxsin avtobusa sərnişin qismində daxil olduğu və anidən yanında dayandığı sürücünün mobil telefonunu götürərək qaçdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş: