Xəbər axtarın

Son axtarış nəticələri:

Zelenski: Ukrayna tezliklə 20 maddəlik sülh planını ABŞ-a təqdim edəcək

10.12.2025 21:53

“Biz gündəlik olaraq bütün tərəfdaşlarımızla kontaktlara davam edirik. Bu günün cədvəlində ABŞ-la Ukraynada müharibədən sonrakı dövrdə bərpa-quruculuq işləri və iqtisadi inkişafın müzakirə olunması var. Bununla birgə, biz 20 maddəlik əsas sənəd üzərində işimizi yekunlaşdırırıq. Hansı ki, müharibənin bitməsi üçün parametrləri təyin edə bilər”, – Zelenski qeyd edib.

Primeinfo.az xəbər verir ki, O, bu sənədin tezliklə ABŞ-a təqdim ediləcəyini əlavə edib.

“Sabah isə “İstəklilər Koalisiyası” formatında görüş planlaşdırılır. Bu həftə hamımız üçün yeni xəbərlər gətirə bilər”, – Ukrayna lideri vurğulayıb.

Paylaş: