Xəbər axtarın

Son axtarış nəticələri:

Abşeronda bank kartlarını talayan şəxs saxlanıldı

22.01.2026 17:35

Abşeron rayonu Xırdalan şəhərində oğurluq hadisəsi baş verib. Rayon sakini polisə müraciət edərək “Hyundai” markalı nəqliyyat vasitəsindən bank kartının oğurlandığını, daha sonra həmin kartda olan pul vəsaitinin çıxarıldığını bildirib.

Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Mirzəyev saxlanılıb.

Bundan başqa Binəqədi və Qaradağ rayonlarında məişət əşyaları, inşaat materialları, eləcə də marketlərdən oğurluq etməkdə şübhəli bilinən A.İsmayılov və M.Əzizov da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş: